Giləzidə ana və uşağı maşın vurub

11 Sentyabr 2019 05:39 (UTC+04:00)

Xızı rayonunun Giləzi kəndində piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

A xəbər verir ki, 1986-cı il təvəllüdlü Əliyeva Aysel Əbdul qızı və onun qızı 2009-cu il təvəllüdlü Əliyeva Leyla Namiq qızı yolu keçərkən hər ikisini avtomobil vurub.
Yaralılar 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.