Kərbəlada Aşura zamanı 31 nəfər həlak olub

10 Sentyabr 2019 21:18 (UTC+04:00)

İraqın Kərbəla şəhərində Aşura mərasimi zamanı yaranan basırıq nəticəsində azı 31 nəfər həlak olub. Al-Arabiya telekanalının yaydığı məlumata görə, hadisə nəticəsində yaralananların sayı 100 nəfərə çatır. Onlardan 10 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.

Telekanalın məlumatına əsasən, faciəyə eyni vaxtda çoxlu insanın toplaşdığı piyada keçidinin çökməsi səbəb olub. Ölənlərin sayının artması istisna edilmir. Hazırda ölkənin Səhiyyə Nazirliyi 16 nəfərin öldüyünü təsdiqləyib.