31 yaşlı qolkiper oteldə dünyasını dəyişib

10 Sentyabr 2019 22:35 (UTC+04:00)

Futbol üzrə Kurasao millisinin qapıçısı Jarzinyo Piter dünyasını dəyişib. "BBC Sport"un xəbərində deyilir ki, 31 yaşlı qolkiperin KONKAKAF Millətlər Liqasında Haiti ilə matç öncəsi Port-o-Prensdə qaldığı oteldə ürək tutmasından öldüyü bildirilir. Futbolçunun ölümü səbəbilə KONKAKAF Millətlər Liqasında keçiriləcək bütün matçlar bir dəqiqəlik sükut ilə başlayacaq.

Qeyd edək ki, millinin üçüncü qapıçısı olan J.Piter ada təmsilçisinin heyətində 12 matçda forma geyinib.