ARDNF-nin 20 illiyinə həsr edilmiş poçt markaları buraxılıb

10 Sentyabr 2019 18:38 (UTC+04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 20 illiyinə həsr edilmiş poçt markalarını tədavülə buraxıb. Nazirlikdən SİA-ya bildirilib ki, buraxılış 6 markadan ibarət kiçik vərəq şəklində hazırlanıb. Vərəqin ölçüsü 142x123 millimetr, markanın ölçüsü 28x40 millimetrdir. Markanın üzərində ARDNF-in loqotipi və “20 il. Azərbaycan Respublikası Dövlət Neft Fondu. 1999-2019” sözləri yazılıb. Arxa fonda qrafik şəkildə fondun binası, neft nasosu və neft buruğu təsvir olunub.

Dizayneri Nəriman Məmmədzadə olan poçt markaları 80 min tirajla Belarusun Bobruysk şəhərində çap olunub, həmçinin 600 ədəd Birinci gün zərfi və xüsusi xatirə möhürü də hazırlanıb.