Media nümayəndələri “TurAz Qartalı-2019” təlimlərini izləyiblər FOTO

10 Sentyabr 2019 17:38 (UTC+04:00)

“TurAz Qartalı-2019” birgə taktiki-uçuş təlimlərinin kütləvi informasiya vasitələrində işıqlandırılması məqsədilə yerli və xarici media nümayəndələrinin sentyabrın 10-da təlim keçirilən əraziyə səfəri təşkil edilib. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, təlimdə iştirak edən şəxsi heyət və hərbi aviasiya vasitələri ilə tanış olan jurnalistlər uçuşları izləyib və onları maraqlandıran suallar cavablandırılıb.