Türkmənistan istehsalı olan kompüterlər Orta Asiya ölkələrinə ixrac ediləcək

10 Sentyabr 2019 03:27 (UTC+04:00)

Türkmənistan Orta Asiya ölkələrinə kompüterlər istehsal edəcək.

SİA xəbər verir ki, kompüterlər Türkmənistan-Çin müştərək "Agzybirlik Tilsimaty" şirkətində istehsal olunur.

Şirkət yaxın ölkələrə kompüterlərin ixracını, həmçinin noutbuk, planşet, fərdi kompüter və server istehsal etməyi planlaşdırır. Fərdi kompüterlərin bir hissəsi 2019-cu ilin sonunadək buraxılacaq.