Siyəzəndə iki avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb

8 Sentyabr 2019 22:59 (UTC+04:00)

Bu gün Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, qəza magistral yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ" markalı nəqliyyat avtomobillə "Opel markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində 2 nəfər xəsarət alıb. Onlar Şabran rayon sakinləri - 1987-ci il təvəllüdlü Babayev Xəzər Əlixan oğlu və 1994-cü il təvəllüdlü Qadaşov Habil Əskər oğludur.

Faktla bağlı araşdırma aparılır.