Avtoqəzada yaralananlardan biri dərhal əməliyyat olunub RƏSMİ

30 Avqust 2019 10:47 (UTC+04:00)

Lənkəranda baş verən avtoqəzada yaralanlardan 4-nün Mərkəzi Rayon Xəstəxanasında müalicəsi davam edir. Onların vəziyyəti orta-ağır stabil qiymətləndirilir. Bu barədə SİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, vəziyyəti ağır qiymətləndirilən və reanimasiya şöbəsinə yerləşdirilən 42 yaşlı qadın isə sanaviasiya ilə Respublika Neyrocərrahiyyə xəstəxanasına çatdırılıb. Xəstə dərhal əməliyyat olunub. Vəziyyəti ağır olaraq qalır.