“Yaradıcılıq emalatxanası – 3” yekunlaşıb

26 Avqust 2019 13:17 (UTC+04:00)

Dünən Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində keçirilən Gənclərin “Yaradıcılıq emalatxanası – 3” düşərgəsinin bağlanış mərasimi keçirildi.
SİA-nın məlumatına görə, gənclər 10 gün ərzində şahmat, robot texnologiya yarışlarından əlavə təsviri sənət, foto, teatr, kino, rəqs və başqa sahələr üzrə hazırlıqlarını da nümayiş etdiriblər.