Türkiyə paytaxtında zəlzələ olub

26 Avqust 2019 09:05 (UTC+04:00)

Ankarada yerli vaxtla saat 21:42-də 3,5 bal gücündə zəlzələ baş verib.

A Türkiyə KİV-ə istinadən xəbər verir ki, zəlzələnin episentri Yenimahalle rayonunda, ocağı isə 7 kilometr dərinlikdə yerləşib.

Zəlzələ Çankaya, Altındağ və Keçiören rayonlarında da hiss edilib.