Serxio Aquera “Mançester Siti”nin heyətində rekorda imza atıb

26 Avqust 2019 05:14 (UTC+04:00)
Avqustun 25-də İngiltərə Premyer Liqasının üçüncü turu çərçivəsində keçirilən "Mançester Siti" - "Bournemouth" oyunu "şəhərlilər"in hücumçusu Serxio Aquera üçün əlamətdar olub. AZƏRTAC xəbər verir ki, argentinalı forvard karyerası ərzində 400-cü qoluna imza atıb. S.Aquera 2011-ci ildən "Mançester Siti" klubunun şərəfini qoruyur. O, İngiltərə təmsilçisinin heyətində 242 oyunda meydana çıxıb və 168 dəfə fərqlənməyə nail olub. Serxio "İndependieta" (Argentina) və "Atletiko Madrid" (İspaniya) klublarında çıxış edib.