Norveçli turistlər Venesiyada kanalda çimdikləri üçün cərimə ediliblər

26 Avqust 2019 04:40 (UTC+04:00)
İki norveçli gənc turist qız gecə saatlarında Venesiyada kanalda çimdikləri üçün hər biri 450 avro məbləğində cərimə edilib. SİA ölkə mətbuatına istinadla xəbər verir ki, turistlərin Rio-di-Kannareco kanalında çimməsini şəhər polisləri görüb və onları sudan çıxarıb. Həmin turist xanımlara şəhərindən uzaqlaşmaq əmr edilib. Polis 28 yaşlı gənc turist qızların Berqen şəhərindən olduqlarını söyləyib.