Alp dağlarında təyyarə qəzası üç nəfərin ölümünə səbəb olub

26 Avqust 2019 02:59 (UTC+04:00)
İsveçrədə, Alp dağlarında yüngül çəkili "Piper" tipli təyyarə qəzaya uğrayıb. SİA "Ria Novosti"yə istinadla xəbər verir ki, Simplon dağ keçidi üzərində qəzaya uğrayan təyyarə tək mühərrikli olub. Hadisə zamanı pilot və iki sərnişin həlak olub. Təyyarə İtaliya istiqamətində uçurmuş. Hadisə ilə bağlı araşdırma aparılır.