Türkiyə Silahlı Qüvvələrinin 3 əsgəri şəhid olub

25 Avqust 2019 23:59 (UTC+04:00)
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında apardığı "Pəncə-3" antiterror əməliyyatı zamanı 3 əsgər şəhid olub. SİA-nın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. PKK terrorçuları ilə atışma zamanı 7 hərbçi də yaralanıb. Bölgədə antiterror əməliyyatı davam edir.