Kürdəmirdə taxıl sahəsi yanıb

25 Avqust 2019 23:14 (UTC+04:00)

Kürdəmir rayonunda biçilmiş taxıl sahəsi yanıb."Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Xınıslı kəndində, bələdiyyəyə məxsus ərazidə qeydə anınıb.

Belə ki, 4 hektara yaxın ərazi tamamilə yanıb. Hadisə yerinəFövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb. Fakt araşdırılır.