ABŞ Prezidenti Şimali Koreya lideri ilə növbəti dəfə görüşə biləcəyini bəyan edib

25 Avqust 2019 18:33 (UTC+04:00)
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnlə növbəti dəfə görüşə biləcəyini bəyan edib. SİA-nın məlumatına görə, bu barədə "Reuters" agentliyi məlumat yayıb. ABŞ Prezidenti Şimali Koreyanın raket sınaqlarından narazı qaldığını, ancaq Pxenyanın raket sınaqları ilə hər hansı razılaşmanı pozmadığını da söyləyib.