Şəkidə yanğınlar 300 hektara yaxın ərazini əhatə edib

25 Avqust 2019 11:00 (UTC+04:00)
Avqustun 24-də Şəkidə baş vermiş yanğınlar tam söndürülüb, bununla belə, 300 hektara yaxın ərazi yanıb. SİA-nın məlumata görə, ümumilikdə rayon üzrə gün ərzində 12 müxtəlif ərazidə yanğın qeydə alınıb. Küləkli hava şəraiti səbəbindən yanğının söndürülməsində problemlər yaşanıb. Ərazilərdə baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki, Zaqatala, Qax və Yevlax rayonlarının Dövlət Yanğından Mühafizə Hissələrinin ümumilikdə 10 yanğınsöndürən maşını, 100 nəfərə yaxın şəxsi heyəti, Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti və Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları cəlb edilib. Ötən gün rayonun 12 müxtəlif ərazilərində baş verən yanğınlar nəticəsində 300 hektara yaxın sahə yanıb.