Rumıniyada keçiriləcək prezident seçkilərində namizədlərin səs faizləri müqayisə edilib

25 Avqust 2019 05:22 (UTC+04:00)
Rumıniyada keçiriləcək prezident seçkilərində öndə olan namizədlərin səs faizləri müqayisə edilib. SİA xəbər verir ki, İMAS sorğu mərkəzinin məlumatına əsasən, milli-liberal partiyasının namizədinə - ikinci müddətə namizədliyini irəli sürən Rumıniyanın hazırkı Prezidenti Klaus Yohannisə seçicilərin 41,7 faizi səs verəcək. Hakim Sosial-Demokrat partiyasının namizədi, hazırkı Baş Nazir Viorika Dançila da namizədliyini irəli sürüb. Sorğuya əsasən seçicilərin yalnız 7,5 faizi xanım V.Dançilanı dəstəkləyəcək. Liberal Demokrat Alyansından namizəd, ölkə Senatının rəhbəri Kalin Popesku Tariçanu isə 13,8 faiz səs yığa bilər. Qeyd edək ki, Rumıniyada prezident seçkiləri noyabrın 10-da keçiriləcək. Əgər namizədlərin heç biri 51 faiz səs toplamasa, seçkilərin ikinci turu noyabrın 24-də baş tutacaq.