Misir və G7 ölkələri arasında əmtəə dövriyyəsi 2019-cu ilin birinci yarısında 12,4 milyard dollara çatıb

25 Avqust 2019 03:21 (UTC+04:00)
2019-cu ilin birinci yarısında Misir və "Böyük yeddilik" (G7) ölkələri arasında əmtəə dövriyyəsi 2018-ci ilin analoji dövrü ilə müqayisədə 4 faiz artaraq 12 milyard dollardan 12,4 milyard dollara çatıb. SİA xəbər verir ki, Misir Mərkəzi İctimai Səfərbərlik və Statistika Agentliyinin məlumatına görə, 2019-cu ilin yanvar-iyun aylarında G7 ölkələrinə Misirin ixracı 8,8 faiz artaraq 3,8 milyard dollar olub, halbuki 2018-ci ilin analoji dövründə həmin göstərici 3,5 milyard dollara bərabər olub. Bildirilir ki, hesabat dövründə "Böyük yeddilik" ölkələri arasında Misir mallarının ən iri idxalçısı ABŞ olub. Bu ölkə Misirdən 1 milyard dollarlıq mal idxal edib. Siyahıda sonrakı yerləri İtaliya (915,7 milyon dollar), Böyük Britaniya (719,1 milyon dollar), Kanada (341,4 milyon dollar), Almaniya (339,7 milyon dollar), Fransa (330,6 milyon dollar) və Yaponiya (təqribən 83,6 milyon dollar) tutur. Belə ki, Misir ABŞ-dan 2,7 milyard dollarlıq mal idxal edib. Sonra Almaniya (2,1 milyard dollar), İtaliya (1,5 milyard dollar), Fransa (861,1 milyon dollar), Böyük Britaniya (773 milyon dollar), Yaponiya (575,9 milyon dollar) və Kanada (160 milyon dollar) gəlir.