Şamaxı rayonunun Meysəri kəndi ərazisindəki yanğın söndürülüb

25 Avqust 2019 01:37 (UTC+04:00)
Şamaxı rayonunun Meysəri kəndi ərazisində dağlıq ərazidə baş verən yanğın söndürülüb. SİA Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, hadisə nəticəsində 6 hektar sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının qüvvələri tərəfindən söndürülüb.