Banqladeşdə avtobus körpüdən aşıb, 8 nəfər ölüb

25 Avqust 2019 01:03 (UTC+04:00)

Banqladeşin mərkəzində avtobusun körpüdən aşması nəticəsində azı 8 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb. “TASS” agentliyi xəbər verir ki, avtoqəza yerli vaxtla saat 14:30-da şəhərlərarası şossedə baş verib. Bildirilir ki, avtobus aşıb və körpünün kənarındakı çəpəri də sındıraraq kanala düşüb.

Altı nəfər hadisə yerində, digər iki nəfər isə xəstəxanada keçinib. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib. Yerli rəsmilərin sözlərinə görə, ölənlərin sayının artacağı istisna edilmir.