Avtomobili ilə motosklet sürücüsünü vuraraq qaçıb

24 Avqust 2019 18:34 (UTC+04:00)
Gəncədə sürücü avtomobili ilə motosikleti vuraraq qaçıb. SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb. 1985-ci il təvəllüdlü Ramin Məmmədov idarə etdiyi motoskletlə hərəkətdə olarkən "Mercedes" markalı avtomobillə vurulub. Nəticədə sürücü və sərnişini - 1993-cü il təvəllüdlü İbrahim Orucov ağır xəsarət alıblar. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdiriliblər. Hazırda polis hadisə yerindən qaçan "Mercedes" markalı avtomobilin sürücüsünü axtarır.