19 yaşlı futbolçu yarım əsrlik rekordu qırdı!

24 Avqust 2019 20:21 (UTC+04:00)

Dortmund “Borussiya”sının 19 yaşlı hücumçusu Ceydon Şanço Bundesliqada rekorda imza atıb. Bel ki, Bundesliqa tarixində 15 qol vuran ən gənc oyunçu siyahısında C.Sanço birinci yerə çıxıb. O, buna dünən Bundesliqanın 2-ci turunda keçirilən “Köln” –“Borussiya” (1:3) matçında vurduğu 1 qolla nail olub.

Bu nəticə ilə ingilis futbolçu Bundesliqada 1967-ci ildə “Ştutqart”ın futbolçusu Horst Keppelə (19 yaş 185 gün) məxsus olan rekordunu təzələyib. Sanço bu uğura 19 yaş 151 günlüyündə yiyələnib.

Qeyd edək ki, Sanço 2017/18 mövsümündə 1, ötən mömsüm 12, bu mövsüm isə 2 qol vurub.