İran yeni raketini sınaqdan keçirib

24 Avqust 2019 17:01 (UTC+04:00)

İran uzaq mənzilli hədəfləri vurmaq imkanına malik olan yeni raketini sınaqdan keçirib. Yeni raket müəyyən edilmiş hədəfi dəqiqliklə vuraraq sınaqdan uğurla çıxıb. İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Hüseyn Səlami bildirib ki, İran mütəmadi olaraq istehsal etdiyi yeni raketlərini sınaqdan keçirir.

General yeni raketin tipi və xüsusiyyətləri haqqında məlumat verməyib.