Azərbaycan Orta Asiya Gənclər Festivalında yeddi nəfərlə təmsil olunur

24 Avqust 2019 07:22 (UTC+04:00)
Azərbaycan Qazaxıstanda keçirilən Orta Asiya Gənclər Festivalında yeddi nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunur. SİA xəbər verir ki, Almatıda təşkil olunan festivala Azərbaycan ilə yanaşı, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Türkiyədən 18-29 yaşlı 300-dən çox gənc qatılıb. Qazaxıstanda Gənclər ili çərçivəsində Birinci Prezident Fondu və Almatı Akimliyi (qubernatorluğu) tərəfindən təşkil edilən festival gənclərin siyasi biliklərini və fəal vətəndaşlıq mövqeyini inkişaf etdirmək məqsədi daşıyır.