Çinin 3 böyük şəhərində Azərbaycanın turizm potensialı təbliğ olunacaq

23 Avqust 2019 18:46 (UTC+04:00)

Azərbaycan Turizm Bürosu sentyabrın 16-dan 22-dək Çin Xalq Respublikasının Pekin, Şanxay və Quançjou şəhərlərində silsilə təqdimatlar keçirəcək. Bu barədə Azərbaycan Dövlət Turizm Agentliyindən bildirilib.

Məlumata görə, "Azerbaijan-China Roadshow on Travel Trade" adlı tədbirdə Azərbaycandan 12, Çindən 100-ə yaxın turizm şirkəti iştirak edəcək. Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) formatlı görüşlər baş tutacaq.

İkitərəfli görüşlər zamanı mümkün əməkdaşlıq imkanları qiymətləndiriləcək və gələcək tərəfdaşlıq üçün qarşılıqlı fikir mübadiləsi aparılacaq.