Qəbələnin dağlıq ərazilərində də yanğın başlayıb

23 Avqust 2019 18:34 (UTC+04:00)

Qəbələ rayonunda yanğın başlayıb. Qəbələ rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayonun Solquca kəndində dağlıq ərazi yanır: "Yanğın kolluq ərazidən başlasa da onun meşəyə keçmək təhlükəsi var. Hazırda yanğının qarşısının alınması istiqamətində işlər görülür".

Fövqəladə Hallar Nazirliyinin Qəbələ Rayon Yanğın Mühafizə Xidmətindən isə bildirblər ki, hadisə yerinə canlı qüvvə və texnikalar, həmçinin bir helikopter və bir təyyarə cəlb edilib.