Çindən ABŞ-a əks-zərbə

23 Avqust 2019 18:27 (UTC+04:00)

Çin ABŞ-ın hərəkətinə cavab olaraq sentyabrın 1-dən və dekabrın 15-dən Birləşmiş Ştatlardan idxal olunacaq 75 milyard dollarlıq mallara rüsumu 10 faiz və 5 faiz artıracaq. SİA xəbər verir ki, bu barədə ÇXR Dövlət Şurasının yanında fəaliyyət göstərən Tariflər və Yığımlar üzrə Komitənin məlumatında bildirilir.

“Tariflər və Yığımlar üzrə Komitə ABŞ-dan gətiriləcək ümumi həcmi 75 milyard dollarlıq 5078 mala idxal rüsumunu 10 faiz və 5 faiz artırmaq barədə qərar qəbul edib. Rüsum artımları müvafiq olaraq 2019-cu il sentyabrın 1-də saat 12:01-də və dekabrın 15-də saat 12:01-də qüvvəyə minəcək”, - deyə qurumun məlumatında qeyd olunur.

Dekabrın 15-də Çin Xalq Respublikası ABŞ-dan gətiriləcək avtomobillərə və ehtiyat hissələrinə idxal rüsumlarını 25 faiz və 5 faiz artıracaq.