Mərkəzi Bank 100 milyon manat cəlb edir

23 Avqust 2019 17:14 (UTC+04:00)

Avqustun 26-da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək. SİA Mərkəzi Banka istinadla xəbər verir ki, hibrid hərracda 100 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.

Depozit hərracının müddəti 14 gündür. “Bloomberg” ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,26-8,24 faiz təşkil edir.