“Azeri Light”ın bir barreli 63,12 dollara satılır

23 Avqust 2019 10:25 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti ucuzlaşıb. SİA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,94 dollar azalaraq 63,12 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.