Şəmkirdə 31 yaşlı kişi bıçaqlanıb

22 Avqust 2019 21:02 (UTC+04:00)

Şəmkir rayonunda 31 yaşlı kişi bıçaqlanıb. "Report"un Qərb Mərkəzinin məlumatına görə, Kür qəsəbə sakini, 1988-ci il təvəllüdlü Emil İsgəndərov qarın nahiyəsindən bıçaq yarası alıb. O, ağır vəziyyətdə xəstəxanaya aparılıb və cərrahiyyə əməliyyatına alınıb.

Hadisənin ailə münaqişəsi zəminində törədildiyi bildirilir. Belə ki, E.İsgəndərov Keçili kəndindən qohumu olan Ayxan adlı şəxslə birlikdə Şəmkir çayının sahilinə gedib. Həmin ərazidə qohumlar arasında mübahisə yaranıb və nəticədə E.İsgəndərov bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.