Binəqədi rayonunda soyğunçuluq edən şəxs saxlanılıb

22 Avqust 2019 17:14 (UTC+04:00)

Avqustun 20-də Binəqədi rayonunun Hökməli qəsəbəsi ərazisində naməlum şəxs qəsəbə sakini R.Əhmədovun 70 manat pulunu soyğunçuluq yolu ilə alıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Şıxəliyev Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.