Rafael Ağayev Monteneqroda seminar keçirib

22 Avqust 2019 09:37 (UTC+04:00)

Monteneqroda "Karate Alliyans" və "Tivat Karate Club Mavaşi"-nin təşkilatçılığı ilə ilin birinci seminarı keçirilib. SİA-nın məlumatına görə, seminarı əfsanəvi Azərbaycan karateçisi 11 dəfə Avropa çempionu olmuş, dünya çempionatlarında beş qızıl medal qazanmış, eyni zamanda 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının qızıl mükafatçısı Rafael Ağayev yönləndirib.

Seminarı giriş sözü ilə başlayan, Monteneqro İdman və gənclər naziri Nikola Yanoviç Tivatda karate seminarının müəllimi dünyanın ən nüfuzlu karateçisi Rafael Ağayevin nailiyyətlərindən danışdı.

Monteneqronun ilk Karate Assosiasiyasının prezidenri İvan Krstajiç Ağayevin canlı karate əfsanəsi olduğunu və ilk dəfə Balkanlarda bir seminar keçirdiyini söylədi. "Dünyanın ən uğurlu karateçisinin Monteneqro karatesinin ən uğurlu ilində qonaq olması simvolikdir" - deyərək qeyd etdi.

Azərbaycan səfirliyinin nümayəndələrinin də iştirak etdiyi mərasimdə Tivat Bələdiyyə Başçısı Sinisa Kusovaç, Monteneqro milli komandasının direktoru Draqoljub Fatiç və başqaları da var idi.

İki günlük seminarda Monteneqro və bölgədən 200-ə yaxın iştirakçı iştirak edib.