Əli Kərimlinin növbəti şousu

21 Avqust 2019 19:49 (UTC+04:00)

"Əli Kərimli siyasi fəaliyyətə başladığı andan indiyə qədər ötən müddətdə siyasi təcrübəsi formalaşmayan, dünyada və Azərbaycanda baş verən prosesləri dərindən mənimsəməyən gəncləri tora salıb, onlardan hər zaman öz məqsədləri üçün istifadə edib. Bununla o, yalnız və yalnız öz maddi imkanlarını genişləndirib".
Bunu politoloq Elçin Hüsenybəyli müsahibələrin birində demişdi.

Bu gün gündəm şəhiddir, dünən meyiti taplııan şəhid pilot Rəşad Atakişiyevdir. Ailəsi dünəndən xahiş edir, sosial şəbəkələr vasitəsiylə çağrış edir, az qala yalvarır ki, əzizimizin dəfnini siyasi şouya çevirməyin. Amma nə xeyri? Əli Kərimli Facebook səhifəsindən yenə dövlətə çamur atır. Və ürəyinin dərinliyində özü də nə etdiyinin fərqindədi. Amma qrant aldığı anti-Azərbaycan çevrələrə hesabat verməlidir axı.

Kərimli və kiçik ətrafı bu tip əməllərə ilk dəfə deyil əl atırlar. Xatırlayırsınızsa, şəhidlərin ruhuna hörmət qoymayan Əli Kərimli və onun yandaşları 20 Yanvar faciəsi günü yürüş adı ilə Bakıda şou düzənlədilər. Bu şounu da məqsədi şəkil və video formatda yayımlayaraq himayədarlarına "hesabat" göndərmək idi. Ölkədə sabitliyin pozulması sanki bu adamların həyat kredosuna çevrilib. Amma Azərbaycan cəmiyyəti onun şoumenliyinə həmişə təəssüf və nifrət edir. Amma o bu münasibətdən qəti təəccüblənmir. Sanki belə də olmalymış. Çünki nə Əli Kərimlinin, nə cəbhəçilərin, nə də Milli Şuradakıların ŞƏHİD və ŞƏHİDLİK anlayışı var. Bu adamlar dorudanmı başa düşmür ki, bu hərəkətləri ilə Azərbaycan insanında qıcıq doğurur artıq.

Təsəvvür edin, Kərimli şoumen olaraq indiyədək hər şeydən istifadə edib. Məsələn, din faktorundan... Bir qrup ekstremistə rəhbərlik etmiş, dövlətçiliyimizin əleyhinə fəaliyyət göstərmiş Taleh Bağırovun azad edilməsini tələb edən Əli Kərimli üçün heç bir fərqi yoxdur, yetər ki, onun mitinqində adam olsun və xaricdə oturan rəhbərlərinin xoşuna gəlsin. Mehman Hüseynov məsləsi necə, yadınızdadırmı? Adını xeyriyyə marafonu qoyduğu qeyri-qanuni aksiya necə? Bir deyil, iki deyil, hansını sadalayasan. Və bu şou davam etdikcə Azərbaycan cəmiyyətində də ikrah yaradır.

Səbuhi Məmmədli