ƏMDK-nın rəsmi saytı yenilənib

21 Avqust 2019 19:13 (UTC+04:00)

Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi internet saytı (www.emdk.gov.az) yeni dizayn və tərtibatda fəaliyyətə başlayıb. Komitədən SİA-ya bildirilib ki, saytın strukturu təkmilləşdirilərək yeni funksional bölmələr əlavə edilib və ən son texnologiyalar tətbiq edilməklə dizayn dəyişiklikləri aparılıb.

Sayt 2 dildə -azərbaycan və ingilis dilində məlumat bazası ilə zənginləşdirilən resurslarla vətəndaşların istifadəsinə verilib.

Baş səhifədə “Komitə haqqında”, “Qanunvericilik”, “Hesabatlar”, “Müsabiqə və hərraclar”, “Layihələr”, “Media”, “Könüllü fəaliyyət”, “Vətəndaşlar üçün”, “Əlaqə” bölmələri daha da təkmilləşdirilib, istifadə baxımından saytın rahatlığı təmin edilib.