“Liverpul”un baş məşqçisi Yurgen Klopp gələcək karyerası ilə bağlı danışıb. Almaniyalı mütəxəssis İtaliyanın “Gianluca di Marzio” qəzetinə verdiyi müsahibədə kayrerasını gözləniləndən tez başa vura biləcəyini deyib: “Yaxın 2-3 ildə nələrin baş verəcəyini demək çətindir. Ola bilər ki, karyeramı bitirim. Bu o demək deyil ki, dediklərim mütləq olacaq, amma reallaşacağı təqdirdə heç kim təəccüblənməsin”.
Qeyd edək ki, Yurgen Klopp karyerası ərzində “Maynz” və Dortmund “Borussiya”sını da çalışdırıb. 2015-ci ildən “Liverpul”da işləyən 52 yaşlı mütəxəssisin klubla 2022-ci ilə qədər müqaviləsi var.