Bu yay təcili yardıma günvurma ilə bağlı 29 müraciət olub RƏSMİ

21 Avqust 2019 14:43 (UTC+04:00)

Bu mövsüm günvurmalarla bağlı təcili tibbi yardıma 29 müraciət daxil olub. Səhiyyə Nazirliyindən SİA-ya verilən məlumata görə, onlardan 18 nəfəri hospitalizasiya edilib, 11 nəfərə yerində yardım göstərilib. Müraciət edənlərdən 12-si qadın, 14-ü kişi, 3-ü uşaq olub.

Qeyd edək ki, bu il havaların sərin keçməsi ilə əlaqədar müraciətlərin sayı ötən illə müqayisədə azdır.