APOEL "Ayaks"la heç-heçə etdi, "Brügge" və "Slaviya"dan qələbə

21 Avqust 2019 03:08 (UTC+04:00)
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib. SİA-nın məlumatına görə, ilk oyun günündə 3 matç keçirilib . Azərbaycan çempionu "Qarabağ" III təsnifat mərhələsində mübarizədən kənarlaşdıran APOEL doğma meydanda "Ayaks"la qarşılaşıb və qolsuz bərabərə qalıb. "Brügge" səfərdə LASK-a, "Slaviya" ÇFR-ə qalib gəlib - 1:0. Çempionlar Liqası, pley-off mərhələsi 20 avqust 23:00. LASK (Avstriya) – "Brügge" (Belçika) - 0:1 Qol: Vanaken, 10-pen 23:00. APOEL (Kipr) – "Ayaks" (Hollandiya) - 0:0 23:00. ÇFR (Rumıniya) – "Slaviya" (Çexiya) - 0:1 Qol: Masopust, 28 21 avqust 23:00. "Olimpiakos" (Yunanıstan) – "Krasnodar" (Rusiya) 23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) – "Rusenborq" (Norveç) 23:00. "Yanq Boyz" (İsveçrə) – "Srvena Zvezda" (Serbiya)