“Fənərbaxça”da ciddi zədə: Viktor Mozes zədələnib

20 Avqust 2019 21:37 (UTC+04:00)

“Fənərbaxça”nın futbolçusu Viktor Mozes zədələnib. Türkiyə mətbuatının yazdığına görə, superliqanın ilk turunda “Qazişehir”lə doğma meydanda keçirilən matçda (5:0) zədələnən nigerliyalı yarımmüdafiəçinin əzələsində yırtıq aşkarlanıb. Onun ən azı üç həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Qeyd edək ki, Mozes "Qazişehir"lə görüş 1 qol və 1məhsuldar ötürmə ilə yadda qalıb.