Həcc ziyarətinə gedənlər qayıdır

20 Avqust 2019 13:55 (UTC+04:00)

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu sabah geri qayıdır. Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Məlumata görə, 180 zəvvardan ibarət ilk qrup Vətənə qayıdacaq.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub.

Xatırladaq ki, zəvvarların avqustun 21-dən 25-ə qədər Həcc ziyarətindən Azərbaycana dönmələri planlaşdırılır. Onlar 8 təyyarə reysi ilə geri qayıdacaqlar.

Bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 4285 dollar təşkil edir.