Şabranda yanğın 7 nəfər xəstəxənaya aparılıb

20 Avqust 2019 13:27 (UTC+04:00)

Şabran rayonunda baş verən yanğınla bağlı xəstəxanaya 7 nəfər gətirilib. Səhiyyə Nazirliyindən SİA-ya verilən məlumata görə, hadisə nəticəsində 51 yaşlı kişi sağ topuğun kəsilmiş yarası, 29 yaşlı kişi və 16, 42, 35, 24 və 30 yaşlı qadınlar isə stress və tüstüdən boğulma ilə xəstəxanaya müraciət ediblər: "Onlardan 2-si cərrahiyyə şöbəsinə, 5 nəfər isə reanimasiyaya yerləşdirilib. Vəziyyətləri orta ağır qiymətləndirilir. Həyatları üçün təhlükə yoxdur".