ABŞ Dövlət Departamenti: "Maduro ətrafına etibar edə bilmədiyinə görə çox qorxur"

20 Avqust 2019 08:27 (UTC+04:00)
Venesuela Prezidenti Nikolas Maduronun ən yaxın silahdaşları onu devrmək üçün ABŞ-la danışıqlara başlamaq istədiklərini söyləyib. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin nümayəndəsi məlumat yayıb. O qeyd edib ki, son aylarda Venesuela prezidentinin onlarla ən yaxın müttəfiqləri ölkə rəhbərini devirmək üçün ABŞ-la danışıqlara başlamağa çalışıb: "Nikolas Maduro ətrafına etibar edə bilmədiyinə görə çox qorxur. Son aylarda onlarla Maduronun yaxın müttəfiqləri onun istefasına nail olmaq məqsədilə ABŞ-la danışıqlara girməyə çalışıb". Departament nümayəndəsi bildirib ki, ABŞ siyasəti və Venesuela xalqının iradəsi açıq şəkildə "öz təsirini" göstərir: "Maduro açıq şəkildə hər hansı bir daxili dəstəkdən və maliyədən təcrid olunub ki, bu da onun legitimlik qazanmasına imkan vermir".