Yenicə evlənən gənc çayda boğulub

20 Avqust 2019 03:02 (UTC+04:00)

Masallı rayonunda istirahət mərkəzində bədbəxt hadisə baş verib. "Report"un Muğan bürosunun məlumatına görə, hadisə "İstisu" istirahət mərkəzində qeydə alınıb. Belə ki, Cəlilabad rayonunun Bədirli kənd sakini, 1996-cı il təvəllüdlü Zamin Seyfulla oğlu Baxışov Viləş çayının istirahət mərkəzinin ərazisindən keçən hissəsində çimərkən dünyasını dəyişib.

İlkin ehtimala görə, o, ürəktutmasından vəfat edib. Mərhumun avqustun 7-də toyu olub. O, istirahət mərkəzinə ailəsi ilə birlikdə gedibmiş. Faktla bağlı araşdırma aparılır.