Badamdar qəsəbə Mədəniyyət evi konsert proqramı ilə çıxış edib

19 Avqust 2019 17:32 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Badamdar qəsəbə Mədəniyyət evi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin “N” saylı hərbi hissəsində konsert proqramı ilə çıxış edib. Baş İdarədən SİA-ya bildirilib ki, konsertdə tanınmış müğənnilərin ifasında mahnılar səsləndirilib.

Sonda hərbi hissənin rəhbərliyi şəxsi heyət adından yaradıcı kollektivə minnətdarlıqlarını bildirib və onlara təşəkkürnamələr təqdim edib.