Boksçularımız dünya çempionatının hazırlığına başlayıblar

19 Avqust 2019 16:00 (UTC+04:00)

Kişilərdən ibarət boks üzrə Azərbaycan yığma komandası təlim-məşq toplanışına start verib. SİA-nın məlumatına görə, toplanış kişilər arasında keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır.

Bakı Boks Mərkəzində təşkil olunan və yarışın startınadək davam edəcək hazırlıqda 16 idmançı iştirak edir.

Dünya çempionatı sentyabrın 7-dən 21-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək.