La Liqanın ilk turu başa çatıb

19 Avqust 2019 11:45 (UTC+04:00)

İspaniya La Liqasında ilk tura yekun vurulub. SİA-nın xəbərinə görə, turun üçüncü günündə 4 oyun keçirilib.

“Sevilya” “Espanyol”la, “Valyadolid” isə “Betis”lə səfər matçında üç xal əldə edib. “Alaves” evdə “Levante”dən güclü olub. “Atletiko” isə “Xetafe”ni məğlubiyyətə uğradıb.

Qeyd edək ki, La Liqada növbəti turun matçları avqustun 23-25-də keçiriləcək.

İspaniya La Liqası
I tur
18 avqust
“Alaves” – “Levante” – 1:0
Joselu, 54
“Espanyol” – “Sevilya” – 0:2
Requlyon, 44, Nolito, 86
“Betis” – “Valyadolid” – 1:2
Moron, 68 – Quardiola, 63, Plano, 89
“Atletiko” – “Xetafe” – 1:0
Morata, 23