Mario Mandzukiçdən imtina edildi

19 Avqust 2019 11:22 (UTC+04:00)

"Bavariya" "Yuventus"un futbolçusu Mario Mandzukiçi transfer etmək fikrindən daşınıb. SİA-nın məlumatına görə, Münhen klubu Filipp Koutinyoya görə "Barselona" ilə razılığa gəldikdən sonra bu qərara gəlib.

Mandzukiçlə "Borussiya" (Dortmund) və "Atletiko"nun maraqlandığı iddia olunur.

Qeyd edək ki, xorvat hücumçu ötən mövsüm 33 matçda 10 qol vurub, 7 qolun ötürməsini verib.