Beyl “Real”da qalacaq

18 Avqust 2019 16:41 (UTC+04:00)

İspaniya La Liqasının I turunda səfərdə "Selta"nı 3:1 hesabı ilə məğlub edən "Real"ın baş məşqçisi Zinəddin Zidan Qaret Beylin klubdakı gələcəyinə aydınlıq gətirib. SİA-nın verdiyi məlumata görə, fransalı mütəxəssis Uels millisinin üzvünün Madrid təmsilçisində qalacağını bildirib: "Beyl "Real"da qalacaq. "Selta"ya qarşı yaxşı oynadı. Matçdan öncə də danışdıq. Hazırda yeni mövsüm barədə fikirləşir".

47 yaşlı mütəxəssis Xames Rodriqeslə bağlı verilən eyni sualı cavabsız qoymayıb: "Beyl və Xames hər kəs kimi, bu forma üçün sona qədər mübarizə aparacaq".