Bu kimi xəbərlər gülüş doğurur Müdafiə Nazirliyi

18 Avqust 2019 16:02 (UTC+04:00)

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan mətbuatında yer alan xəbərə münasibət bildirib. Nazirliyin Mətbuat xidmətindən SİA-ya daxil olan məlumata əsasən, guya düşmən tərəfin 140 hektar torpağı ələ keçirməsi barədə yayılmış xəbərin heç bir əsası yoxdur.

"Tam fərqli olaraq Azərbaycan Ordusunun bölmələri cəbhənin bütün istiqamətlərində düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır, vizual və xüsusi texniki müşahidə vasitələri ilə izləyir, eləcə də onun istənilən hərəkətinin qarşısını hər an almağa hazırdır. Bu kimi xəbərlər gülüş doğurur. Biz bu cür məlumatlara, onları yayanlara və ələlxüsus inananlara təəssüf hissi ilə yanaşırıq", - nazirlikdən bildirilib.