“Mançester Siti” - “Tottenhem” oyunu bərabərliklə bitib

18 Avqust 2019 15:38 (UTC+04:00)

Futbol üzrə İngiltərə Premyer Liqasının ikinci turunun mərkəzi qarşılaşması keçirilib.

SİA-nın məlumatına görə, "Etihad" stadionunda baş tutan görüşdə son çempion "Mançester Siti" doğma azarkeşlər önündə "Tottenhem" komandasını qəbul edib. Görüş 2:2 hesabı ilə başa çatıb. "Mançester Siti"nin heyətində Rahim Sterlinq (20), Serxio Aquera (35), "Tottenhem"in isə Erik Lamela (23) və Lukas Maura (56) fərqləniblər.